"ASAN kommunal"da yeni xidmət pəncərəsi açılıb
Ölkə
24 İyul 2017 14:44

"ASAN kommunal"da yeni xidmət pəncərəsi açılıb


1 saylı "ASAN kommunal"da Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin xidmət pəncərəsi fəaliyyətə başlayıb.

Bu barədə Milli.Az-a ASAN-dan məlumat verilib.

Xidmət pəncərəsi vasitəsilə Bakı şəhərində tikilməkdə olan çoxmənzilli yaşayış binalarının tikintisi ilə məşğul olan fiziki və hüquqi şəxslər, habelə tikinti obyektlərində çalışan işçilər üçün qeyri-rəsmi məşğulluğa qarşı mübarizə ilə əlaqədar maarifləndirmə və təbliğat kompaniyaları haqqında, həmçinin "Tikinti Monitorinq Sistemi"nin fəaliyyəti, ondan istifadə qaydaları və əmək qanunvericiliyi üzrə məlumatlandırılma işi aparılacaq.

Bundan başqa qeyri-rəsmi məşğulluğa qarşı mübarizə ilə əlaqədar tədbirlər barədə genişmiqyaslı maarifləndirmə, məlumatlandırma və təbliğat kompaniyasının keçirilməsi, kütləvi informasiya vasitələrində qeyri-rəsmi məşğulluğun mənfi nəticələrinin, formal məşğulluğun üstünlüklərinin ictimaiyyətin diqqətinə çatdırılması, qeyri-rəsmi məşğulluğa qarşı video çarxların, stendlərin, broşuraların, məlumat vərəqələrinin hazırlanması və nümayişi də nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 28 aprel 2017-ci il tarixli 1349 nömrəli fərmanı ilə tikinti sahəsində vətəndaşların əmək hüquqlarının qorunması, sosial təminatlardan yararlanmasının təmin edilməsi, əmək münasibətlərinin rəsmiləşdirilməsinə nəzarətin gücləndirilməsi və monitorinqin müasir innovasiyalardan istifadə etməklə təşkili məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi yaradılıb.

Fərmana əsasən pilot layihə çərçivəsində Mərkəzə Bakı şəhərində tikilməkdə olan çoxmənzilli yaşayış binalarının və onların inşası ilə məşğul olan fiziki və hüquqi şəxslərin elektron reyestrini yaratmaq, aidiyyəti dövlət informasiya sistemlərinə inteqrasiya olmaq və tikinti obyektlərində real vaxt rejimində işləyən müşahidə kameralarının quraşdırılması tapşırılıb.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 22 yanvar

Astroloji proqnoz - 22 yanvar

22 Yanvar 2018 00:08
Astroloji proqnoz - 21 yanvar

Astroloji proqnoz - 21 yanvar

21 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 27 dekabr

Astroloji proqnoz - 27 dekabr

27 Dekabr 2017 00:08