Şəkidə 2 yanğın 3 hektar ərazini kül etdi - VİDEO - FOTO
Ölkə
24 İyul 2017 14:54

Şəkidə 2 yanğın 3 hektar ərazini kül etdi - VİDEO - FOTO


Ötən gün Şəki ərazisində iki yanğın hadisəsi qeydə alınıb.

Milli.Az ARB Şəki-yə istinadla xəbər verir ki, ilk yanğın Şəkinin Əzizbəyov küçəsində baş verib.

Sahəsi 30 kvadratmetr olan məişət tullantıları atılan yer qəfildən alışıb. Əraziyə dərhal Şəki DYMH-nin bir avtomobili və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində alovun yaxınlıqdakı evlərə keç

məsinin qarşısı alınıb.

Digər hadisə isə Şəkinin Daşüz kəndi ərazisindəki biçilmiş taxıl, quru ot və kol-kos olan sahədə baş verib. Şəki DYMH-dən verilən məlumata görə, yanğın zamanı təxminən 3 hektar ərazi yanıb. Əraziyə cəlb edilmiş yanğınsöndürənlərin və texnikanın sayəsində alovun genişlənməsinin qarşısı alınıb

Hər iki faktla bağlı araşdırmalar aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Şəkidə 2 yanğın 3 hektar ərazini kül etdi





loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Astroloji proqnoz - 20 avqust

Astroloji proqnoz - 20 avqust

20 Avqust 2017 00:08