Xalq artisti ölkəni tərk etdi
Digər
24 İyul 2017 14:54

Xalq artisti ölkəni tərk etdi


Uzun müddətdir ki, Türkiyədə qızının yanında yaşayan xalq artisti, tanınmış aktrisa Kubra Əliyeva Azərbaycana qayıdıb.

Milli,Az bildirir ki, yeniçag.az-a açıqlama verən aktrisa yenidən geri qayıdacağını deyib:

"Azərbaycana əzizlərimi görmək üçün gəldim. Nəvələrimlə görüşdüm. Sabah Gəncəyə - valideynlərimin, qardaşlarımın qəbrini ziyarət etmək üçün gedəcəm. Sonra yenidən Türkiyəyə qayıdacam. Artıq Bodrumun Milas şəhərində ev almışam, qızımla, nəvəmlə orda yaşayacam. Oranın havası mənə düşür, özümü razhat hiss edirəm. Ara-sıra Azərbaycana da gələcəm".

Aktrisa səhhəti ilə bağlı bunları deyib:

"Özümü yaxşı hiss edirəm, amma mütəmadi olaraq, müayinələrə gedirəm. 7 ildir ki, bu xəstəliklə mübarizə aparıram. Hələ ki, babatam, hər şey Allahın əlindədir. Nə vaxta qədər ömür yazıbsa, o vaxta qədər yaşayacam".

Xalq artisti səhnəyə qayıtmayacağını da deyib:

"42 il səhnədə can qoydum, indi xəstəliyimlə bağlı səhnəyə çıxmıram. Heç səhnəyə çıxmaq fikrim də yoxdur, çünki səhhətimi qorumalıyam, indi o halda deyiləm. Onu da deyim ki, Bakıda sənət dostum Telman Əliyevin və gözəl sənətkarımız Qəndab Quliyevanın ölüm xəbərini eşidib, çox sarsıldım".

Qeyd edək ki, Kubra Əliyeva xərçəng xəstəliyindən əziyyət çəkir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 19 yanvar

Astroloji proqnoz - 19 yanvar

19 Yanvar 2018 00:08
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08