Bu həftə Türkiyə və Rusiya mərkəzi banklarının iclasları keçiriləcək
Digər
24 İyul 2017 15:01

Bu həftə Türkiyə və Rusiya mərkəzi banklarının iclasları keçiriləcək


Bakı. 24 iyul. REPORT.AZ/ Bu həftə Türkiyə və Rusiya mərkəzi banklarının növbəti iclasları keçiriləcək. "Report" xəbər verir ki, iyulun 27-də Türkiyə Mərkəzi Bankının (TCMB), iyulun 28-də isə Rusiya Bankının monetar siyasətlə bağlı iclaslarında uçot dərəcələrinin dəyişdirilməsi gözlənilmir.
TCMB-nin inflyasiya göstəricisində azalma görünməyənə qədər uçot dərəcəsini endirməsi ehtimal edilmir. Əsas diqqət Bankın inflyasiya gözləntiləri ilə bağlı açıqlamalarında olacaq. "Report"un analitik qrupu bildirir ki, uçot dərəcəsinin azaldılmaması türk lirəsinin məzənnəsinin sabit qalmasına kömək edəcək. USD/TRY məzənnəsinin 45 gün sonra keçiriləcək növbəti iclasa qədər 3,45-3,65 diapazonunda qalması proqnozlaşdırılır. Xatırladaq ki, hazırda TCMB-nin uçot dərəcəsi kimi qəbul olunan həftəlik repo faiz dərəcəsi 8% təşkil edir.
Rusiya Bankının da budəfəki iclasında uçot dərəcəsinin dəyişməyərək 9% səviyyəsində saxlayacağı gözlənilir. Bəzi analitiklər isə uçot dərəcəsinin 0,25 baza bəndi azaldılacağını düşünür. Bankdan verilən açıqlamada bildirilir ki, "hazırda inflyasiya tam olaraq hədəf səviyyəyə yaxınlaşıb və onun daha da azalması ehtimalı məhduddur. Qısa və ortamüddətli perspektivdə real faizlərin nominal faizlərlə birlikdə azalması davam edəcək".
"Report"un analitik qrupu bildirir ki, Rusiya Bankının uçot dərəcəsini artırması rubla mənfi təsiri artıra bilər. Belə ki, sabah ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləməsi ilə yanaşı neft qiymətlərində azalmanın davam etməsi rubla mənfi təsir göstərəcək. Dolların Rusiyada məzənnəsinin isə 58-62 RUB/USD diapazonunda dalğalanması proqnozlaşdırılır.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13