OPEC+ iyunda hasilatın azaldılması razılaşmasını 90% icra edib
İqtisadiyyat
24 İyul 2017 15:06

OPEC+ iyunda hasilatın azaldılması razılaşmasını 90% icra edib


Bakı. 24 iyul. REPORT.AZ/ OPEC+ ölkələri iyun ayında neft hasilatının azaldılması ilə bağlı sazişi 90% səviyyəsində yerinə yetirib.
“Report”un “RİA-Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Küveytin neft naziri Essam əl-Mərzuk bildirib.
Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 mln. barel azaldılaraq 32,5 mln. barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. 25 may 2017-ci il tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində kartelin üzv və qeyri-üzv dövlətləri arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin əvvəlinə kimi uzadılması barədə razılıq əldə olunub.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
İranda zəlzələ olub

İranda zəlzələ olub

18 Fevral 2018 10:41
Astroloji proqnoz - 13 fevral

Astroloji proqnoz - 13 fevral

13 Fevral 2018 00:08
Astroloji proqnoz - 15 fevral

Astroloji proqnoz - 15 fevral

15 Fevral 2018 00:08
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08