Nişanlısının bakirəliyini pozdu, qeyri-təbii yolla cinsi əlaqədə oldu - Oğuzda ŞOK HADİSƏ
Ölkə
24 İyul 2017 15:24

Nişanlısının bakirəliyini pozdu, qeyri-təbii yolla cinsi əlaqədə oldu - Oğuzda ŞOK HADİSƏ


Nişanlısına təcavüz etməkdə təqsirli bilinən Oğuz rayon sakini, 1991-ci il təvəllüdlü Elçin Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Elçin Rzayev həmyerlisi, 2000-ci il təvəllüdlü Səadət Mehdiyeva (ad və soyad şərti verilib - red.) ilə nişanlanıb.

Nişanlı oğlanla qızın bağda görüşü

Səadət Mehdiyeva orta məktəbin şagirdi olduğu üçün onların toyları baş tutmayıb. Nişanlı qaldıqları müddətdə Elçin Rzayev 17 yaşlı qızla cinsi əlaqədə olmaq qərarına gəlib.

2016-cı ilin iyunun 28-də, saat 23 radələrində Elçin Rzayev nişanlısı ilə görüşməyə gəlib. Onlar qızın yaşadığı evin həyətində olan bağda görüşüblər.

İlk görüş və cinsi əlaqə təklifi

Həmin vaxt Elçin Rzayev qıza cinsi əlaqədə olmaq istədiyini bildirib. O, qıza xatırladıb ki, toydan əvvəl cinsi əlaqədə olmaqları aralarında qalacaq, bir aydan sonra toyları olanda da bu məsələnin üstü açılmayacaq.

Səadət Mehdiyeva da oğlanın istəyi ilə razılaşıb. Onlar bağda birinci dəfə cinsi əlaqədə olublar. Cinsi əlaqədə olandan sonra oğlan öz evinə, qız isə öz evinə gedib.

Toy

Bundan sonra avqustun 26-da onların toyları olub. Elçin Rzayev Səadət Mehdiyeva ilə el adəti ilə toy edərək rəsmi nikah qeyd etdirmədən ər-arvad münasibətlərinə daxil olublar.

Elçin həmin tarixdən Səadət Mehdiyevanın on altı yaşının tamam olduğu 14 oktyabr 2016-cı il tarixədək olan müddət ərzində yaşadıqları evdə onunla mütəmadi olaraq təbii və qeyri-təbii qaydada cinsi əlaqədə olub.

Ər-arvadın münasibətləri niyə pozulub?

Sonradan Elçin Rzayevlə Sədaət Mehdiyevanın münasibətləri pozulub. Ata evinə qayıdan Səadət qeyri rəsmi nikahda yaşadığı ərindən polisə şikayət edib. O, şikayətində bildirib ki, Elçin Rzayev onunla 16 yaşı tamam olmamış cinsi əlaqədə olub.

Elçin Rzayev polis şöbəsinə dəvət olunaraq dindirilib. O, ifadəsində Səadət Mehdiyeva ilə könüllü cinsi əlaqədə olduğunu etiraf edib.

Cinayət işi

İstintaq orqanı Elçin Rzayevin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi açıb.

Elçin Rzayevin barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilib və toplanmış cinayət işinin materialları baxılması üçün Oğuz rayon Məhkəməsinə göndərilib.

Şərti cəza və şikayət

Məhkəmənin hökmü ilə Elçin Rzayevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və ona 1 il 6 ay müddətinə şərti cəza təyin olunub.

Hökmdən narazı qalan prokurorluq apelyasiya protesti verib. Prokurorluq Elçin Rzayevin həbs edilməsini istəyib. Eyni tələblə zərərçəkmiş Səadət Mehdiyev də şikayət verib.

Tərəflərin şikayətləri araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Hakim İmanverdi Şükürovun sədrliyilə baş tutan prosesdə şikayətlərin dəlilləri araşdırılıb.

Qərara görə, həm prokurorluğun protesti, həm də zərərçəkmişin şikayəti təmin edilməyib və Oğuz rayon Məhkəməsinin hökmü qüvvədə saxlanılıb./Publika.az

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13