"Ağ ölüm - narkomaniya öldürür" adlı sosial çarxın təqdimatı keçirilib - VİDEO - FOTO
Ölkə
24 İyul 2017 15:34

"Ağ ölüm - narkomaniya öldürür" adlı sosial çarxın təqdimatı keçirilib - VİDEO - FOTO


Azərbaycanda gənclər arasında narkotik vasitələrə aludəçiliyə qarşı mübarizə aparmaq üçün yeni maarifləndirici layihəyə yekun vurulub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, "Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrant layihəsi çərçivəsində "Ağ ölüm - narkomaniya öldürür" adlı sosial çarx hazırlayıb. Sosial çarxda gənclərin narkotik vasitələrdən əl çəkmələri üçün düşündürücü və maarifləndirici süjet yer alıb.

Tədbirdə çıxış edən geoasiyasi və təhlükəszlik məsələləri üzrə ekspert Arzu Nağıyev bildirib ki, narkotik vasitələrə aludəçilik cinayətkarlıq, zorakılıq və digər mənfi halların yaranmasına zəmin yaradır: "Əgər pis bir vərdiş insanın məhvinə yönəlirsə, demək o da cinayətkardır. Onları bu vərdişlərdən yayındırmaq üçün maarifləndirici tədbirlərə ehtiyac var".

A.Nağıyev bildirib ki, əgər 2014-cü ilədək Azərbaycanda rəsmi qeydiyyata alınmış narkotik istifadəçiləri arasında uşaqlar olmayıbsa, 2015-ci ildən uşaqlar arasında narkotik istifadəçilərin sayı artmaqdadır. Son məlumatlara əsasən, Azərbaycanda 15-17 yaşlı 5, 18-24 yaşlı 1447, 25-29 yaşlı 4076, 30-34 yaşlı 4239 narkotik istifadəçisi rəsmi qeydiyyata alınıb: "Düşünürəm ki, bu cür sosial çarxların ictimailəşdirilməsi uşaq və gənclər arasında pis vərdişlərin yayılmasının qarşısını alar".

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakultəsinin dekanı Vüqar Zifəroğlu isə çıxışında qeyd edib ki, narkomaniya gənclərin düçar ola biləcəyi ən böyük fəlakətdir. Onun sözlərinə görə, gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunması təkcə dövlətin üzərinə düşən məsuliyyət deyil. Bu məsuliyyətin mühüm bir hissəsi bütövlükdə cəmiyyətin, hər bir vətəndaşın, ictimai qurumların, kütləvi informasiya vasitələrinin, mədəni-maarif müəssisələrinin üzərinə düşür. Ona görə də ictimai qurumlar tərəfindən bu cür layihələrin həyata keçirilməsi önəmlidir.

Qeyd edək ki, sosial çarxın rejissoru və ideya müəllifi Nicat Cəlilov, ssenari müəllifi Samir Qulamov, aktyorlar Rüfət Quliyev, Orxan Hüseynov, Azər Nəsimzadə, Yasin Ömər, Mahmud Məmmədovdur.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:



















loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 20 avqust

Astroloji proqnoz - 20 avqust

20 Avqust 2017 00:08
Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13