Maşallah Əhmədovla bağlı yeni xəbər - HƏBS MÜDDƏTİ KƏSKİN AZALDI
Digər
24 İyul 2017 15:37

Maşallah Əhmədovla bağlı yeni xəbər - HƏBS MÜDDƏTİ KƏSKİN AZALDI


Veteran futbolçu Maşallah Əhmədov barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verilən apellyasiya şikayətinə baxılıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

 

Hakimlər kollegiyasının qərarına əsasən, M.Əhmədovun barəsində olan 8 il müddətinə azadlıqdan məhrum edilmə cəzası dəyişdirilərək 2 ilə endirilib.

 

Qeyd edək ki, M.Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərə 150 min manatdan artıq vəsaitə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu qaytarmayıb. Binəqədi rayon Məhkəməsi M.Əhmədov barəsində ev dustaqlığı ilə bağlı qərar çıxarsa da, Bakı Ağır Cinayətlər Məhkəməsi onun 8 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Astroloji proqnoz - 20 avqust

Astroloji proqnoz - 20 avqust

20 Avqust 2017 00:08