AMEA-nın vəzifəli şəxsinin mənzilindən 29 ay müddətində külli məbləğdə pul oğurlanıb
Ölkə
24 İyul 2017 16:16

AMEA-nın vəzifəli şəxsinin mənzilindən 29 ay müddətində külli məbləğdə pul oğurlanıb


Bakı. 24 iyul. REPORT.AZ/ AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini Aybəniz Əliyeva-Kəngərlinin mənzilindən oğurluq olub.
"Report" xəbər verir ki, A.Əliyevanın Nəsimi rayonundakı mənzilində qulluqçu işləyən Xanım Zeynalova 2015-ci ilin yanvar ayından 2017-ci ilin may ayına qədər külli məbləğdə pul və qızıl-zinət əşyaları oğurlayıb.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində mənzildən 29 ay müddətində oğurluq etmiş X.Zeynalova tutulub.
Fakt üzrə araşdırmalar davam etdirilir.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 avqust

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13