Ölkəni tərk etdiyi deyilən aktrisa əsəbiləşdi: "Məndən şou düzəltməyin" - FOTO
Digər
24 İyul 2017 16:24

Ölkəni tərk etdiyi deyilən aktrisa əsəbiləşdi: "Məndən şou düzəltməyin" - FOTO


Tanınmış aktrisa Kübra Əliyevanın Azərbaycanı birdəfəlik tərk etdiyi haqda xəbərlər yayılıb. Milli.Az-a açıqlama verən məşhur aktrisa yayılan xəbərləri təkzib edərək, əsəbiləşib.

"Mən heç bir jurnalistə ölkəni birdəfəlik tərk etməyim haqda söz deməmişəm. Azərbaycanı niyə birdəfəlik tərk edim ki? Bura mənim vətənimdir, məmləkətimdir. Ona görə mən müsahibələrdən qaçıram. Bayaqdan bütün qohumlarım zəng edib, məndən bunu soruşur. Mən xəstə adamam, bu qədər əsəb mənə lazım deyil. Mən şou adamı deyiləm ki, məndən şou düzəltsinlər. Azad insanam, ürəyim harda istəsə orda da qalıram. Sadəcə xəstəliyimlə əlaqədar olaraq Bodruma qızımın yanına gedib gəlirəm. Uzun müddətdir Bodrumda idim, iyul ayının 19 da Azərbaycana gəlmişəm" deyə aktrisa bildirib.

Əli Rəhimoğlu

Milli.Az





loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08