Soçidə erməni barmağı qırıldı, Qarabağda... - Əliyev-Putin görüşü
Digər
24 İyul 2017 16:48

Soçidə erməni barmağı qırıldı, Qarabağda... - Əliyev-Putin görüşü


İyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin Soçidə görüşdü. Gözlənilməz görüş idi, daha doğrusu, görüşün planlaşdırıldığı haqda əvvəlcədən ictimaiyyətə məlumat verilməmişdi. Lakin iki ölkə liderinin isti münasibətləri fonunda Soçidə gözlənilməz görüşün keçirilməsi təəccüblü deyildi.

Görüş bir sıra amil baxımından diqqət çəkir:

Azərbaycan-Rusiya münasibətlərində strateji tərəfdaşlıqdan başlamış, humanitar sahələrlə də dərin əməkdaşlıq mövcuddur. Soçi görüşü bu əməkdaşlığın daha da möhkəmlənməsi, ikitərəfli münasibətlərdə anlaşılmaz olan məqamların yenidən gözdən keçirilməsi və aradan qaldırılması üçün əhəmiyyətli idi.

Xüsusilə Rusiyada erməni diasporu və lobbisinin Bakı və Moskva arasında mnasibətləri pozmaq cəhdlərinin qarşısının alınması görüşdə əsas məsələlərdən biri olub. Belə ki, bir müddət öncə Ümumrusiya Azərbaycanlılar Konqresinin qeydiyyatı Rusiya məhkəməsi tərəfindən ləğv olundu. Ardınca Rusiya Xarici İşlər Nazirliyi Bakıya qarşı bir sıra anlaşılmaz bəyanatlar səsləndirdi. Bununla yanaşı, Lapşin məsələsinə görə iki ölkə arasında soyuqluqlar yarandı. Məlum idi ki, ortada erməni barmağı var və düşmən Bakı-Moskva münasibətlərinə “çomaq soxmaq istəyir”. Hətta Soçi görüşündən bir müddət öncə Ermənistan Xarici İşlər Nazirliyinin rəsmisinin “Rusiya və Azərbaycanın arasında “qara pişik keçib” deməsi də göstərir ki, İrəvan Bakı-Moskva xəttini qırmaq üçün hər şey edir və bu xətdə yaranan kiçik problemi belə sevinclə qarşılayır. Lakin Əliyev-Putin görüşü “üçüncü qüvvələri” sıradan çıxartdı və hər şeyi Azərbaycanın xeyrinə dəyişdi.

Görüşün Rusiyada Azərbaycan və Ermənistan prezidentlərinin gözlənilən görüşündən öncə olması, həmçinin, Soçidə İlham Əliyevlə Putinin Dağlıq Qarabağ münaqişəsini müzakirə etməsi diqqət çəkir. Görüşdə Qarabağda mövcud status-kvonun davam etməyəcəyi haqda aparılan müzakirələr də prezidentlərin görüşündə Bakının əlinin güclü olacağı ehtimalını artırır. Hesab etmək olar ki, Rusiya münaqişənin həlli ilə bağlı aparılan danışıqları dalandan çıxararaq, canlandıracaq. Və burada Prezident İlham Əliyevin rusiyalı həmkarı ilə apardığı müzakirələr əhəmiyyətlidir.

Ümumilikdə, Soçi görüşünü üç aspektdən dəyərləndirmək olar: ikitərəfli münasibətlərin inkişafı; erməni barmağının “qırılması”; Dağlıq Qarabağ münaqişəsinin həlli.

Prezident İlham Əliyevin Soçi səfəri hər üç aspektdən Azərbaycanın qazanclı çıxmasına səbəb olacaq.

Asif

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13