7640 müəllimə ehtiyac var
Digər
24 İyul 2017 16:53

7640 müəllimə ehtiyac var


Respublikada müəllimlərin işə qəbulu üzrə müsabiqəyə çıxarılan vacant yerlərin sayı açıqlanıb.

Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə,ümumilikdə 7640 yer vakansiyaya çıxarılıb.

Təkcə Bakı şəhəri üzrə müsabiqəyı 515 vakant yer təqdim edilib.

Qeyd edək ki, işə qəbulu üzrə müsabiqəyə elektron ərizələrin qeydiyyatı iyulun 1-dən 14-dək aparılıb. 50 minə yaxın şəxs proqram təminatında qeydiyyatdan keçib, onlardan 47 mindən artıq şəxs müsabiqədə iştirak üçün elektron ərizələrini təsdiqləyib.

Bu il müəllimlərin işə qəbul üzrə təqdim edilən vacant yerlərin sayı əvvəlki illərə nisbətən daha çoxdur.

Bu il müəllimlərin işə qəbulu müsabiqəsində tətbiq olunan yeniliyə əsasən ötən il keçid balını toplamış namizədlər yenidən qeydiyyatdan keçərək, topladıqları bala uyğun vakansiya seçimi mərhələsində iştirak edə bilərlər. Həmin namizədlər cari ildə keçiriləcək müsabiqənin test imtahanı mərhələsində iştirak etdikləri təqdirdə builki müsabiqənin nəticələri nəzərə alınacaq.
Müəllimlərin işə qəbulu üzrə vakant yerlər və məktəblər barədə məlumatı bu linkdən (#www.edu.gov.az/upload/file/vakansiya/2017/vakansiya.pdf) əldə edə bilərsiniz.
Gülxar

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Astroloji proqnoz - 19 avqust

Astroloji proqnoz - 19 avqust

19 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13