OPEC+ sammitində önəmli qərar qəbul olunmayıb
İqtisadiyyat
24 İyul 2017 16:56

OPEC+ sammitində önəmli qərar qəbul olunmayıb


Bakı. 24 iyul. REPORT.AZ/ OPEC və ona daxil olmayan neft hasil edən ölkələrin bu gün Sankt-Peterburqda keçirilən Nazirlər Komitəsinin IV monitorinq iclasında neft bazarına təsir edəcək önəmli qərar qəbul olunmayıb. "Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, sammitdə S.Ərəbistanı, Rusiya, Venesuela və bir neçə başqa ölkə hasilatın azaldılması ilə bağlı anlaşmanın 2018-ci il aprel ayının 1-dən sonra da uzadıla biləcəyi fikrini dəstəkləyib. Bunu Venesuelanın neft sənayesi naziri Nelson Martines bildirib. Nazir anlaşmanın nə qədər müddətə uzadılacağı barədə açıqlama verməyib.
Rusiyanın energetika naziri Aleksandr Novak isə anlaşmadan çıxışın mexanizmləri haqqında danışmağın tez olduğunu qeyd edib: "Anlaşmanın uzadılması və ya bitməsi qlobal neft ehtiyatlarının vəziyyətinə bağlı olacaq".
Qeyd edək ki, OPEC-in növbəti iclası cari ilin sentyabr ayına planlaşdırılıb. Neft bazarında hər hansı önəmli hadisə olarsa, iclasın daha tez keçirilməsinin mümkünlüyü vurğulanıb.
"Report"un analitik qrupu bildirir ki, sammitdə önəmli qərarın qəbul olunmaması neft qiymətlərinin azalmasına səbəb olacaq.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Astroloji proqnoz - 20 avqust

Astroloji proqnoz - 20 avqust

20 Avqust 2017 00:08