Vətənə xəyanətdə ittiham olunan ilahiyyatçı şikayət edir
Digər
24 İyul 2017 17:05

Vətənə xəyanətdə ittiham olunan ilahiyyatçı şikayət edir


Dövlətə xəyanətdə ittiham olunan ilahiyyatçı, QMİ-in sabiq sektor müdiri Elşən Mustafaoğlunun barəsində olan məhkəmə qərarından kassasiya şikayəti verib.

Lent.az xəbər verir ki,  kassasiya şikayətinə Ali Məhkəmədə baxılacaq. Cinayət işi araşdırılması üçün hakim Gülzar Rzayevanın icraatına verilib.

Məhkəmənin vaxtı yaxın günlərdə məlum olacaq.

Qeyd edək ki, E.Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən qapalı prosesdə E.Mustafaoğluna hökm oxunub. O, məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Astroloji proqnoz - 19 avqust

Astroloji proqnoz - 19 avqust

19 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13