Aygün Kazımova ilə Anar barışdı: "Mənə zəng elədi"
Şou-Biznes
24 İyul 2017 17:34

Aygün Kazımova ilə Anar barışdı: "Mənə zəng elədi"


Stilist Anar Ağakişiyev 2 dəfə gözündən əməliyyat olunub. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, "ATV Maqazin 10-larla"ya danışan stilisit onu çətin günündə küsülü olduğu xalq artisti Aygün Kazımovanın tək qoymadığını deyib: 

"Uzun zamandır, bunu hər kəsdən gizlədirdim. Görmə qabiliyyətimi itirirdim. Sağ olsun, yerli həkimlərimiz həyatımı xilas elədilər. Narkozdan ayıldığım günün səhəri mənə Aygün Kazımova zəng elədi. Halbuki mən dəfələrlə Aygün xanımın qəlbini sındırmışam. Uzun zamandır onunla heç bir klip çəkilişində filan çalışmıram. Amma o, səmimi dostluğun necə olduğunu göstərdi"

Xatırladaq ki, A.Kazımova "Anar Ağakişiyev sizin haqqınızda gözəl göründüyünüzü, öz tərziniz olduğunu, amma geyimlərinizdə son vaxtlar partlayış etmədiyinizi deyib. Bu fikirlə razısınız" sualına belə cavab vermişdi:
 
"Anar Ağakişiyev də yaxşı stilistdir, amma çox danışır. Həmişə də dilinin üstündə böyük problemlərlə üzləşir. Anar makiyajdan çox qrim edir. Hamı başını salıb aşağı işini görür, Anar ona-buna söz atır. Min dəfə ona demişəm ki, böyük loxma ye, amma böyük söz danışma. Xeyri yoxdur".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 20 avqust

Astroloji proqnoz - 20 avqust

20 Avqust 2017 00:08
Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13