DİN vətəndaşlara müraciət edib
Ölkə
24 İyul 2017 18:32

DİN vətəndaşlara müraciət edib


Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib.

DİN-in mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, müraciətdə bildirilir ki, son vaxtlar vətəndaşlardan mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxs kimi axtarışda, habelə sərhəd keçməyə məhdudiyyət siyahılarında adlarının olub-olmaması barədə məlumatları əldə etmək üçün nazirliyə müraciətlər daxil olur:

“Xatırladaq ki, bir müddət əvvəl mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxslərin axtarışının mərkəzləşdirilmiş uçotları ilə bağlı fəaliyyətin yaxşılaşdırılması və vətəndaş məmnunluğunun təmini məqsədi ilə DİN-in rəsmi veb saytında (www.mia.gov.az) yeni informasiya resursu yaradılıb.

İyun ayından etibarən istifadəyə verilmiş interaktiv pəncərə vasitəsi ilə vətəndaşlar mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxs kimi axtarışda, habelə sərhədkeçməyə məhdudiyyət siyahılarında adlarının olub-olmaması barədə məlumatları əldə edə bilərlər”.

Qeyd olunub ki, bunun üçün DİN-in mia.gov.az (#mia.gov.az/?//content/liability) saytına daxil olmaqla, qeyd edilən elektron xidməti (Ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış borclular barədə məlumatlar) seçərək pəncərələrdəki müvafiq şəxsi məlumatları doldurub təsdiq etməklə lazımi informasiyanı ala bilərlər.


loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 13 yanvar

Astroloji proqnoz - 13 yanvar

13 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 20 dekabr

Astroloji proqnoz - 20 dekabr

20 Dekabr 2017 00:13
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 21 dekabr

Astroloji proqnoz - 21 dekabr

21 Dekabr 2017 00:08