Prezident millət vəkillərinin parlamentə girişini qadağan etdi
Dünya
24 İyul 2017 18:33

Prezident millət vəkillərinin parlamentə girişini qadağan etdi


Cənubi Asiyanın məşhur bölgələrindən olan Maldiv adalarında prezident Yamin Abgül Qayyumun təlimatı əsasında millət vəkillərinin parlament binasına girişi qadağan edilib.

Publika.az xəbər verir ki, bu barədə ölkənin müxalif Demokratlar Partiyası məlumat yayıb.

Partiyanın verdiyi xəbərdə bildirilir ki, parlament binasının giriş qapıları silahlı qüvvələr tərəfindən tutulub və millət vəkillərinin binaya girişinin zorla qarşısı alınıb.

Əmrin spiker Abdullah Məsih Məhəmmədin səlahiyyətinin əlindən alınması ilə bağlı keçiriləcək səsvermədə millət vəkillərinin iştirakının əngəllənməsi məqsədilə verildiyi iddia edilir.

Qeyd edək ki, ölkədəki müxalifət partiyalarının parlament sədri haqqında təqdim etdiyi hesabatın səsverməsi bu gün həyata keçiriləcəkdi. Müxalifətdən verilən açıqlamaya görə, hesabata məclisdəki 85 vəkildən 45-i imza atmışdı.

Zümrüd

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08