Azərbaycanlılar Türkiyədə beşinci oldular
Ölkə
24 İyul 2017 18:34

Azərbaycanlılar Türkiyədə beşinci oldular


Bu ilin ilk yarısında Türkiyədə 97,579 min daşınmaz əmlak xarici vətəndaşlara satılıb ki, bu da ötən ilin analoji dövri ilə müqayisədə 8,1 faiz azdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, həmin dövr ərzində Azərbaycan vətəndaşları Türkiyədə 333 daşınmaz əmlaka sahib olublar. Bu göstərici ilə Azərbaycan beşinci yerdə qərarlaşıb.

Siyahıya İraq başçılıq edir. Belə ki, bu ölkənin vətəndaşları Türkiyədə 1645 daşınmaz əmlak alıblar. İkinci yerdə Səudiyyə Ərəbistanı qərarlaşıb (1517). Üçüncü pillədə isə 798 əmlakla Küveyt yer alıb. Daha sonra siyahıda Rusiya dördüncü (600), Azərbaycan beşinci (333), Böyük Britaniya altıncı (323), Almaniya (301) yeddincidir.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13