Düyü bişirəndə suyu atmayın! - Gözəllik üçün İNANILMAZ FAYDALARI
Maraqlı
24 İyul 2017 19:14

Düyü bişirəndə suyu atmayın! - Gözəllik üçün İNANILMAZ FAYDALARI


Çin, Yaponiya və bəzi digər Asiya ölkələrində düyü suyu qədim zamanlardan çox effektli kosmetik vasitə kimi istifadə olunur.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, düyü suyu dəriyə olduqca müsbət təsir edir. Onun tərkibində olan antioksidant, enzim, ferment, mineral, vitamin və s. faydalı maddələr dərini cavanlaşdırır, tonuslaşdırır, daha təravətli və dartılmış edir, kiçik qırışları yox edir, yaxşı təmizləyir və ağardır.

Bu suyu təbii tonik və anti-age vasitə kimi istifadə etmək olar.

Hər gün düyü suyu ilə üz yumaq dərinin rəngini daha sağlam edir.

Həmçinin düyü suyu antiseptik və iltihabəleyhinə vasitə kimi də istifadə olunur, dərini təmizləyir.

Düyü suyu saçların sağlamlığı və gözəlliyi üçün də çox faydalıdır. Düyü suyu ilə saçları yaxalayada saçlar daha sağlam görünür və tez uzanır, parıldayır, elastik və yumşaq olur.

Düyü suyunun hazırlanması üçün düyü (uzun, yumru, qəhvəyi və s.) bişirilmiş su istifadə olunur. Suyu yaxşı süzün və 1-2 gün ərzində isti yerdə saxlayın ki, suda qıcqırma prosesi başlasın. Bu prosesin nəticəsində suyun kimyəvi tərkibi zənginləşir. Suyun dadı bir qədər turş olduqda onu şüşə qaba tökün və soyuducuya qoyun. Hazır düyü suyunu 3-4 gün ərzində istifadə edə bilərsiniz.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Astroloji proqnoz - 19 avqust

Astroloji proqnoz - 19 avqust

19 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13