Regional İnkişaf İctimai Birliyi Tovuz rayonunda ödənişsiz tibbi müayinələr təşkil edib
Ölkə
24 İyul 2017 19:16

Regional İnkişaf İctimai Birliyi Tovuz rayonunda ödənişsiz tibbi müayinələr təşkil edib


Bakı. 24 iyul. REPORT.AZ/ Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi, Səhiyyə Nazirliyi və Mərkəzi Neftçilər Xəstəxanasının təşkilatçılığı ilə Gəncə-Qazax regionu üzrə-Şəmkir, Ağstafa, Qazax, Gədəbəy, Tovuz rayonlarının sakinlərinin Tovuz rayonu Diaqnostika və Hemodializ Mərkəzində ödənişsiz tibbi müayinələri təşkil edilib.
Report" xəbər verir ki, iyulun 21-dən 23-dək davam edən müayinələrə Mərkəzi Neftçilər Xəstəxanasının yüksək ixtisaslı mütəxəssisləri cəlb olunublar.
Tibbi aksiya ucqar və sərhədyanı kəndlərin sakinləri də daxil olmaqla ümumilikdə 1288 nəfəri əhatə edib, ehtiyac yarandığı halda laborator yoxlamalar aparılıb, müalicələr təyin olunub.
Müayinələr kardioloji, urololoji xəstəliklər, ümumi terapiya, ümumi cərrahiyə, oftalmologiya sahələrini əhatə edib.
Xatırladaq ki, Regional İnkişaf İctimai Birliyi Səhiyyə Nazirliyi ilə birlikdə regionlarda mütəmadi olaraq müxtəlif sahələr üzrə ödənişsiz tibbi aksiyalar keçirir. 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 24 yanvar

Astroloji proqnoz - 24 yanvar

24 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 27 dekabr

Astroloji proqnoz - 27 dekabr

27 Dekabr 2017 00:08