Bu yuxular İNSULT VƏ İNFARKTın yaxınlaşmasına işarədir
Sağlamlıq
24 İyul 2017 19:44

Bu yuxular İNSULT VƏ İNFARKTın yaxınlaşmasına işarədir


Əvvəllər yuxu yozması ilə yalnız falçılar məşğul olurdu. Daha sonra yuxularla psixoterapevtlər maraqlanmağa başladı.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, son zamanlar ənənəvi tibdə də yuxulara olan maraq artıb və yuxular artıq əlavə diaqnostika metodu kimi istifadə olunmağa başlayıb.

Belə ki, avstriyalı professor həkim-kardioloq Herbert Eyxorn belə hesab edir ki, yuxular bir çox xəstəlik və pozulmaların markerləridir. Yuxu vasitəsilə orqanizm bizə SOS siqnallarını göndərir, lakin bu siqnalları başa düşmək və onlara vaxtında fikir vermək lazımdır.
Uzun illər ərzində ürək xəstəliklərindən əziyyət çəkən insanlara nəzarət edən professor son zamanlar onların yuxuları ilə də maraqlınmağa başladı. Nəticə alimi heyrətləndirdi. İnsult və infarkt keçirən və ya bu pozulmaların yüksək riski olan bir çox xəstələr yuxuda eyni obrazları görürdü - ürək nahiyəsinə bıçaqla, qılıncla zərbə, ürək nahiyəsinə tüfəngdən, tapancadan atəş, hündür dağdan yıxılma, boğulma, sinədə ilanın və ya böyük daşın olması.
Xarici KİV-lərin məlumatlarına görə, bir çox digər alimlərin araşdırmaları da göstərir ki, infarkt, insult, ürək tutmasından xeyli əvvəl bir çox insanlar tez-tez oxşar yuxuları görürdü, əksəriyyəti yuxuda ölüm qorxusunu hiss edirdi və gecənin ortasında tər içində oyanırdı.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Astroloji proqnoz - 20 avqust

Astroloji proqnoz - 20 avqust

20 Avqust 2017 00:08