Neft hasilatının azaldılması barədə sazişin müddəti uzadıla bilər
Dünya
24 İyul 2017 20:32

Neft hasilatının azaldılması barədə sazişin müddəti uzadıla bilər


OPEC və qeyri–OPEC ölkələrinin (OPEC+) Birgə Monitorinq Komitəsi bazarı tarazlaşdırmaq üçün neft hasilatının azaldılması barədə sazişin müddətinin 2018-ci ilin birinci rübündən sonra da uzadılmasını tövsiyə edib.

Metbuat.az xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak “Rossiya 24” telekanalına müsahibəsində deyib. 

O deyib: “Biz hesab edirik ki, hazırda öz öhdəliklərinə tam əməl etməyən ölkələr bu öhdəlikləri yüz faiz yerinə yetirsələr, bu, əlavə səmərə verəcək”. 

Bu gün Sankt-Peterburqda Nazirlər Komitəsinin neft hasilatının azaldılması barədə sazişin OPEC+ ölkələri tərəfindən icrasının monitorinqi üzrə iclası keçirilib. 

OPEC ölkələri 2016-cı il noyabrın 30-da Vyanada neftin qiymətlərini sabitləşdirmək məqsədi ilə gündəlik hasilatın 1,2 milyon barrel azaldılması barədə razılıq əldə ediblər. Dekabrın 10-da isə OPEC-in üzvü olmayan 11 ölkə, o cümlədən Azərbaycan gündəlik ümumi hasilatın 558 min barrel azaldılması barədə razılığa gəlib. Azərbaycan üçün bu rəqəm 35 min barrel təşkil edib və o, bu öhdəliyi yerinə yetirir. 2017-ci il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC və qeyri-OPEC ölkələri neft hasilatının azaldılması müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılığa gəliblər.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13