Füzulidə mina tapıldı
Digər
24 İyul 2017 20:37

Füzulidə mina tapıldı


Füzuli rayonunda əleyhinə mina aşkarlanıb.

 

Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) APA-ya verilən xəbərə görə, iyulun 24-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Füzuli rayonu, Aşağı Kürdmahmudlu kəndi ərazisində minanın aşkar olunması barədə məlumat daxil olub.

 

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən Füzuli rayonu, Aşağı Kürdmahmudlu kəndi ərazisində yerləşən su nasos stansiyasının yaxınlığına baxış keçirilib, aparılan əməliyyat tədbirləri nəticəsində 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilib, daşınması mümkün olduğuna görə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınıb.

 

 Aşkar olunmuş minanın ətrafında 500 kv.metr əraziyə yerüstü baxış keçirilib, təhlükəli əşya və qurğu aşkar edilməyib.

 

 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Mazolu bir gündə sağaldan

Mazolu bir gündə sağaldan

21 Avqust 2017 18:02
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08