10 min elektron kitabın təqdimatı olub
Ölkə
24 İyul 2017 20:54

10 min elektron kitabın təqdimatı olub


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın "İslam Həmrəyliyi İli"nə həsr olunmuş tədbirlər planı çərçivəsində ərəb dilində olan elektron kitabların təqdimatı olub.

İnstitutdan Milli.Az-a verilən məlumata görə, iclasda institut direktoru, akademik Yaqub Mahmudov qeyd edib ki, Azərbaycan islamın yayıldığı ilk ölkələrdəndir: "Tarix İnstitutunun nəşrləri olan "Qarabağ: real tarix, faktlar, sənədlər" və "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi" kitabları ərəb dilində də çap olunub".

Y.Mahmudov Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydini tədbir iştirakçılarına təqdim edib: "Əhməd bəyin təşəbbüsü ilə Misir Mədəniyyət Mərkəzində Tarix İnstitutunun əməkdaşları üçün ərəb dili kursları təşkil olunub. Misirdən dəvət olunmuş mütəxəssislər 1 ildir ki, institutun alimlərinə ərəb dilini öyrədirlər".

Daha sonra misirli alim Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin kitabxanası adından ərəb dilində olan 10 min elektron kitabı AMEA-nın Tarix İnstitutuna hədiyyə edib. Bu elektron kitablar arasında müasir ərəb və Misir tarixçilərinin kitabları, "Müasir islam tarixində Osmanlı dövləti", "Osmanlı dövləti necə süqut etdi", "Təbəri tarixindən seçmələr", "İraq mədəniyyəti","Ərəb ədəbiyyatı tarixi" və digər kitablar, bundan əlavə fəlsəfə, uşaq ədəbiyyatı, şeir, hədis, lüğətlər də var.

İnstitut direktoru misirli qonağa "Azərbaycan Respublikasının Milli Atlası"nı və "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi" kitabının ərəbcə nəşrini hədiyyə edib.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Mazolu bir gündə sağaldan

Mazolu bir gündə sağaldan

21 Avqust 2017 18:02
Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08