Tanınmış teleaparıcı müğənniləri ifşa etdi: "Bu artıq naşükürlükdür" - FOTO
Şou-Biznes
24 İyul 2017 21:14

Tanınmış teleaparıcı müğənniləri ifşa etdi: "Bu artıq naşükürlükdür" - FOTO


Teleaparıcı Lalə Əlimuxtarova Milli.Az-a açıqlamasında müğənnilərin iç üzünü açıb. Hal-hazırda istirahətdə olan Lalə onların naşükürlüyündən şikayətlənib.

"Müğənnilərin əksəriyyəti naşükürdürlər. Allaha şükür etmək əvəzinə daha da gileylənirlər. Camaatın aylıq gəliri 300 manatdır, amma şükür edir. Elə müğənnilər var ki, yarım saatına 4 min qazanır. 4 minin 500 manatını belə aşağı düşmürlər. Bu artıq qudurğançılıqdır, naşükürlükdür. Ən azından kasıb təbəqəni də düşünmək lazımdır. Bu təbii ki, hamıya aid deyil. İçlərində yaxşıları da var. Daha çox sənətə yeni gələn gənclər bu yola əl atırlar. Bir-iki dəfə adı qulağına çatanda heç kimi saymır. Getdikcə müğənnilərin 80 faizinə nifrətim artır. İkiüzlülük, yaltaqlıq baş alıb gedib. Bir-birlərinin arxasınca danışırlar, amma üz-üzə gələndə öpüşüb-görüşürlər. Mən kimləsə danışmıramsa, heç onun üzünə də baxmıram. Yalandan üzə gülə bilmirəm. İnsanın bir üzü olmalıdır", - deyə teleaparıcı bildirib.

Əli Rəhimoğlu

Milli.Az








loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Astroloji proqnoz - 20 avqust

Astroloji proqnoz - 20 avqust

20 Avqust 2017 00:08