Ancelina, Cennifer və başqa məşhurların gözəllik sirri
Maraqlı
24 İyul 2017 23:04

Ancelina, Cennifer və başqa məşhurların gözəllik sirri


Gözəllikləri ilə hər kəsin diqqətini cəlb edən dünya ulduzları buna görə müxtəlif kosmetoloji prosedurlara və müdaxilələrə borcludurlar.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bundan başqa onlar təbii baxım vasitələrini də gözardı etmirlər. 

Cennifer Lopez 

Müğənni Cennifer Lopez həddindən artıq ac olduğu zaman qreypfrut qoxlayır. O, bununla da özünü daha yaxşı hiss etdiyini deyir. 

Ancelina Coli 

Hollivud aktrisası Ancelina Colinin dərisinə yağlarla qulluq etdiyini gözləmək, ucuz prosedurlardan yararlandığını güman etmək əlbəttə ki, inandırıcı olmazdı. Aktrisa kürü vasitəsilə dərisini təravətli saxlamağa nail olur.

Cennifer Love Heuitt 

Cennifer üzündəki sızanaqlardan qurtulmaq üçün diş məcunundan istifadə edirmiş. Mentolun qızartıya yaxşı təsir etdiyini deyən məşhur xanım istifadədən öncə dərinin bir hissəsinə test edib allergik reaksiya verib-verməyəcəyini yoxlamağı da tövsiyə edir.

Viktoriya Bekhem

Modelyer Viktoriya Bekhem quş nəcisi yeyərək gözəlliyini və gəncliyini  qoruyacağını düşünür.

Demi Mur

Aktrisa Demi Murun olduqca gənc görünməsinin səbəbi isə zəli müalicəsindən istifadə etməsidir. Qanını zərərli maddələrdən bu üsulla təmizləyən aktrisa prosedurun ağrılı olmasını özünə problem etmir.

Kameron Diaz:

Aktrisa Kameron Diaz kimyəvi pilinqlərin əvəzinə süd tozundan istifadə edirmiş. Bu üsulu şiddətlə tövsiyə edən Kameron dərinin prosedur sonrası yumşaq olduğunu deyir.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13