Oğuzda 44 yaşlı kişi güllələndi
Ölkə
24 İyul 2017 23:48

Oğuzda 44 yaşlı kişi güllələndi


Oğuzda 44 yaşlı kişi ov tüfəngi ilə güllələnib.

Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) verilən məlumata görə, iyulun 24-ü axşam saat 19:50 radələrində Oğuz rayonu Yaqublu kənd sakini, 1973-cü il təvəllüdlü Laçın Yaqub oğlu İsayev döş qəfəsi və qolunda güllə yarası xəsarəti ilə xəstəxanaya daxil olub.

Müayinə zamanı məlum olub ki, 44 yaşlı Laçın İsayev hələ ki adı açıqlanmayan şəxs tərəfindən ov tüfəngi ilə güllələnib. Laçınİsayevin üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır kimi qiymətləndirilir.

Oğuz rayon Polis Şöbəsindən APA-ya verilən məlumatda Laçınİsayevin güllənməsi faktı təsdiqlənib, hadisə ilə bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparıldığı bildirilib. (apa)

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Astroloji proqnoz - 20 avqust

Astroloji proqnoz - 20 avqust

20 Avqust 2017 00:08