Bakıda sərnişin avtobusu qəza törətdi - FOTOLAR
Ölkə
25 İyul 2017 2:53

Bakıda sərnişin avtobusu qəza törətdi - FOTOLAR


Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.

32 saylı marşrut xətti ilə hərəkət edən “Daewoo” markalı avtobusun sürücüsü işdən sonra avtobusu qaraja apararkən Süleyman Əhmədov küçəsində idarəetməni itirib. Nəticədə avtobus zavodlardan birinin hasarına və neft borularının dayağına çırpılıb. Qəzaya uğrayan avtobusu 39 yaşlı Kərimov Ziyafət Müşfiq oğlu idarə edib. Qəza nəticəsində avtobusun sürücüsü xəsarət alıb və xəstəxanaya aparılıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır. İdarədən verilən məlumata görə, qəza zamanı avtobusda sərnişin olmayıb. 32 saylı marşrutun daşıyıcısı bildirib ki, avtobus avtoyuma məntəqəsindən qayıdırmış.

Qəza nəticəsində avtobusa ciddi ziyan dəyib, eləcə də, zavodun hasarı və boruların dayağı zədələnib.






loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 avqust

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13