Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək
İdman
25 İyul 2017 7:01

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək


Bakı. 25 iyul. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək. 
“Report”un məlumatına görə, ilk oyunlar iki günü əhatə edəcək.
Ümumilikdə 15 matç keçiriləcək ki, bunlardan biri də Azərbaycan Premyer Liqasının qalibi “Qarabağ”la Moldova çempionu “Şerif” arasında olacaq.
Bakıda baş tutacaq matçla yanaşı, Avropanın bir sıra ölkələrində maraqlı görüşlər reallaşacaq. Rusiyanın MOİK klubu Yunanıstanda AEK-in qonağı olacağı halda, Türkiyə təmsilçisi “Başakşehir” Belçikada “Brügge” ilə üz-üzə gələcək.
“Dinamo” (Kiyev, Ukrayna) – “Yanq Boyz” (İsveçrə), “Nitsa” (Fransa) – “Ayaks” (Hollandiya) və “Seltik” (Şotlandiya) – “Rusenborq” (Norveç) matçları da böyük maraq doğurur.
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi
25 iyul
21:00. “Qarabağ” (Azərbaycan) – “Şerif” (Moldova)
21:00. “Slaviya” (Praqa, Çexiya) – BATE (Belarus)
21:00. AEK (Yunanıstan) – MOİK (Moskva, Rusiya)
21:30. “Styaua” (Rumıniya) – “Viktoriya” (Çexiya)
22:00. “Kopenhagen” (Danimarka) – “Vardar” (Macarıstan)
22:45. “Partizan” (Serbiya) – “Olimpiakos” (Yunanıstan)
26 iyul
18:00. “Astana” (Qazaxıstan) – “Legiya” (Polşa)
20:30. “Dinamo” (Kiyev, Ukrayna) – “Yanq Boyz” (İsveçrə)
20:45. “Zalsburq” (Avstriya) – “Riyeka” (Xorvatiya)
21:00. “Hapoel” (Beer Şeva, İsrail) – “Ludoqorets” (Bolqarıstan)
22:00. “Vitorul” (Rumıniya) – APOEL (Kipr)
22:20. “Maribor” (Sloveniya) – “Hafnarfyordur” (İslandiya)
22:45. “Seltik” (Şotlandiya) – “Rusenborq” (Norveç)
22:45. “Nitsa” (Fransa) – “Ayaks” (Hollandiya)
23:00. “Brügge” (Belçika) – “Başakşehir” (Türkiyə)

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 avqust

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13