Qətər Türkiyə və ABŞ ilə birgə hərbi təlim keçirəcək
Dünya
25 İyul 2017 7:43

Qətər Türkiyə və ABŞ ilə birgə hərbi təlim keçirəcək


"Böhran ABŞ-Qətər münasibətlərinə təsir etməyib və yaxın gələcəkdə növbəti birgə təlimlər keçiriləcək"

"Report" xəbər verir ki, bu barədə Qətərin müdafiə naziri Xalid əl-Attıyya məlumat verib.

"Qətərin ABŞ və Türkiyə ilə münasibətlərinin möhkəm və olması və davamlı inkişaf etməsi üçün az zəhmət çəkməmişəm. Düşünmürəm ki, ABŞ terrorizmlə mübarizə istiqamətində Qətərlə əməkdaşlıqdan imtina edər. Qətər və ABŞ beynəlxalq anti-terror koalisiyasında müttəfiqdirlər. Bizim münasibətlərimiz dost münasibətidir və möhkəmdir. Qətər, ABŞ və Türkiyə mütəmadi olaraq Qətər ərazisində hərbi təlimlər keçirir. Yaxın gələcəkdə üç ölkənin növbəti hərbi təlimləri keçiriləcək", - deyə o əlavə edib.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Mazolu bir gündə sağaldan

Mazolu bir gündə sağaldan

21 Avqust 2017 18:02
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08