iPhone 8-in təqdimatı təxirə salınıb
Texnologiya
25 İyul 2017 7:54

iPhone 8-in təqdimatı təxirə salınıb


"Apple" şirkəti istifadəçilərin səbirsizliklə gözlədiyi yeni "iPhone 8" smartfon modelinin təqdimatını oktyabradək təxirə salıb.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, buna səbəb kimi smartfonun hazırlanmasında proqram təminatının simsiz enerjidoldurmaya uyğun gəlməməsi ilə əlaqədar yaranan nasazlıqlar göstərilir. Şirkətin bir aylıq təxirə salma müddətinin modernləşdirmə və nasazlıqların aradan qaldırılması işlərinə sərf edəcəyi ehtimal olunur.
 
Bildirilir ki, bundan əvvəl yeni qurğunun avqustda ənənəvi təqdimatda nümayiş olunacağı planlaşdırılsa da, "iPhone 8" əvəzinə, "iPhone SE" modelinin nümayişi gözlənilir.
 
Ekspertlərin "iPhone 8" smartfonunun ümumiyyətlə buraxılmayacağını proqnozlaşdırmalarına baxmayaraq "iPhone SE" modelinin dünyada, xüsusilə Hindistan bazarında populyarlıq qazanacağına böyük ümidlər bəslənilir.
 
"iPhone SE" smartfonunda edilən dəyişikliklər arasında yaddaş tutumunun artırılması, eləcə də qiymətinin ucuzlaşdırılması qeyd olunur. Qurğunun əvvəlki qiyməti 489 avro nəzərdə tutulsa da, hazırda 399 avroya endirilib.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
İranda zəlzələ olub

İranda zəlzələ olub

18 Fevral 2018 10:41
Astroloji proqnoz - 13 fevral

Astroloji proqnoz - 13 fevral

13 Fevral 2018 00:08
Astroloji proqnoz - 15 fevral

Astroloji proqnoz - 15 fevral

15 Fevral 2018 00:08
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08