ÇL: “Qarabağ” “Şerif”ə qarşı - YENİLƏNİR
İdman
25 İyul 2017 8:33

ÇL: “Qarabağ” “Şerif”ə qarşı - YENİLƏNİR


Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək. Azərbaycan çempionu “Qarabağ” bu raundda ilk qarşılaşmasına çıxacaq.

Təmsilçimiz öz meydanında Moldovanın “Şerif” klubunu qəbul edəcək. İlk rəqibi Gürcüstan “Samtredia”sını qol buraxmadan iki dəfə (5:0, 1:0) məğlub edən Qurban Qurbanovun yetirmələri uğurlu seriyasını davam etdirməyə iddialıdı.

Ardıcıl 4-cü dəfə qitənin ən nüfuzlu klub turnirində çıxış edən “Qarabağ” əvvəlki cəhdlərində “ilişdiyi” III təsnifat mərhələsini keçməklə tilsimi qırmağa çalışacaq. Bunun üçün ağdamlılar Bakıdakı ilk görüşdə sərfəli nəticə əldə etməlidi.

Düzdü, “Şerif” ilk mərhələdəki rəqib qədər zəif deyil. Lakin Tiraspol təmsilçisi də “Qarabağ”ın məğlub edə biləcəyi rəqibdi. Azərbaycan futbolunda bir sıra ilklərə imza atan əyalət klubu Çempionlar Liqasının pley-offuna çıxmaqla da tarixə düşə bilər.

Növbəti ildən avrokubokların formatının dəyişəcəyini və Çempionlar Liqasının qrupuna aparan yolun daha da çətinləşəcəyini nəzərə alsaq, “Qarabağ” bu dəfəki imkandan yararlanmalıdı. Təbii ki, “Şerif” də asanlıqla təslim olmayacaq. Albaniya “Kukesi”sini səfər qolu ilə (1:0, 1:2) ilə keçən tiraspollular qrupa can atır.

“Qarabağ” kimi 3 dəfə Avropa Liqasının qrupunda oynayan Moldova çempionu bu uğurunun təkrarını təmin etmək üçün təmsilçimizə müqavimət göstərməyə çalışacaq. (apasport.az)

Çempionlar Liqası. III təsnifat mərhələsi, ilk oyun

25 iyul

21:00. “Qarabağ” (Azərbaycan) – “Şerif” (Moldova)

Baş hakim: Sergey Sinkeviç

Baş hakimin köməkçiləri: Yevgeni Romanav, Vitali Malyutsin (hər ikisi Belarus)

Dördüncü hakim: Viktor Şimusik (Belarus)

UEFA nümayəndəsi: Kuanış Kanapyanov (Qazaxıstan)
Hakim-inspektor: İçko Lozev (Bolqarıstan)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 19 fevral

Astroloji proqnoz - 19 fevral

19 Fevral 2018 00:48
Astroloji proqnoz - 20 fevral

Astroloji proqnoz - 20 fevral

20 Fevral 2018 00:03
Astroloji proqnoz - 15 fevral

Astroloji proqnoz - 15 fevral

15 Fevral 2018 00:08
Astroloji proqnoz - 14 fevral

Astroloji proqnoz - 14 fevral

14 Fevral 2018 00:38
Astroloji proqnoz - 16 fevral

Astroloji proqnoz - 16 fevral

16 Fevral 2018 00:08
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08