Türkiyə alternativ enerjiyə 1 milyard dollar sərmayə qoyur
Dünya
25 İyul 2017 8:44

Türkiyə alternativ enerjiyə 1 milyard dollar sərmayə qoyur


Türkiyə bərpa olunan enerji mənbələrinə 1 milyard dollar sərmayə qoymağı planlaşdırır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin energetika və təbii resurslar naziri Berat Albayrak deyib.

Onun sözlərinə görə, bu məsələ ilə əlaqədar tender keçiriləcək: "Tenderdə külək elektrik stansiyalarının tikintisi sahəsində dünyanın aparıcı şirkətləri iştirak edəcəklər".

Nazir qeyd edib ki, yeni elektrik stansiyaları Türkiyənin enerji təhlükəsizliyini artıracaq, digər ölkələrdən isə onun asılılığını azaldacaqlar.

Albayrak həmçinin vurğuladı ki, bərpa olunan enerji mənbələrinin yeni layihəsi təxminən 3 750 insanı işlə təmin edəcək.

Külək elektrik stansiyaları paytaxt Ankara daxil olmaqla, Türkiyənin beş regionunda yerləşəcək, - deyə nazir bildirib.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Mazolu bir gündə sağaldan

Mazolu bir gündə sağaldan

21 Avqust 2017 18:02
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08