700 bal yığanların üçü də buna ikinci cəhddən nail oldu
Ölkə
25 İyul 2017 9:14

700 bal yığanların üçü də buna ikinci cəhddən nail oldu


Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə iyulun 22-də keçirdiyi qəbul imtahanının nəticələrini bu gün elan edib. İmtahanda I ixtisas qrupu üzrə iki abituriyent (Türkiyə Dəyanət Vəqfi  Bakı Türk liseyinin və Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin məzunları), IV ixtisas qrupu üzrə isə bir abituriyent (Türkiyə Dəyanət  Vəqfi Bakı Türk liseyinin məzunu) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

Milli.Az xəbər verir ki, modern.az I və IV ixtisas üzrə keçirilən imtahanda 700 bal toplayan abituriyentlərlə əlaqə saxlayaraq, onların təəssüratlarını öyrənib.

Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin məzunu Jalə Məmmədova də birinci imtahanda yüksək nəticə göstərib, amma 700 bala ikinci imtahanda nail olub:

"Birinci imtahanda 695 bal toplamışdım. Amma hədəfim 700 bal idi. Ona görə də ikinci imtahana qatılmalı oldum. Hələ ki hansı universitetdə təhsil alacağımı müəyyənləşdirməmişəm. İxtisasa gəlincə, ya kimya mühəndisliyi, ya da proseslərin avtomatlaşdırıması ixtisası üzrə təhsil almaq istəyirəm".

Türkiyə Dəyanət Vəqfi  Bakı Türk liseyinin Ziya Müslümov deyir ki, birinci imtahanda yaxşı nəticə göstərsə də, bununla kifayətlənməyib:

"Birinci imtahanda 675 bal toplamışdım. Amma bu balla kifayətlənmədim. Ona görə də ikinci imtahana qatıldım. Fərdi müəllim yanına getməmişəm. Orta məktəbdə hazırlaşmışam. Təhsilimi Azərbaycan Tibb Universitetində davam etdirəcəm. Gələcəkdə isə xaricdə oxumaq istəyərəm".

Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunu Qabil Əliyev 700 bal toplamaqdan çox məmnun olduğunu vurğulayıb:

"Birinci imtahanda 680 bal toplamışdım. Amma fikirləşdim ki, əgər 700 bal toplaya bilərəmsə, niyə də olmasın. Təhsilimi Bakı Ali Neft Məktəbində davam etdirmək istəyirəm. İxtisasa gəlincə, ya  ya kimya mühəndisliyi, ya da proseslərin avtomatlaşdırıması ixtisasını seçəcəm".

Qeyd edək ki, iyulun 22-də Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahanda iştirak edən və binadan kənarda baş vermiş yanğın hadisəsi ilə əlaqədar təxliyyə olunan abituriyentlər üçün qəbul imtahanı iyulun 27-də keçiriləcək. Həmin abituriyentlər üçün "imtahana buraxılış vərəqəsi" iyulun 25-də gün ərzində Dövət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08