"Soçi görüşü Azərbaycan-Rusiya münasibətlərini pozmağa çalışan dairələrə cavabdır" - DEPUTAT
Digər
25 İyul 2017 9:18

"Soçi görüşü Azərbaycan-Rusiya münasibətlərini pozmağa çalışan dairələrə cavabdır" - DEPUTAT


"Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri, Prezident Vladimir Putinlə keçirdiyi görüşlər və müzakirə edilən məsələlər həm ikitərəfli, həm də regional əməkdaşlıq və mövcud problemlərin həlli istiqamətində addımlardan biri kimi qiymətləndirilə bilər".

Publika.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, Azərbaycan və Rusiya qonşu dövlətlərdir və onlar arasında mehriban münasibətlərin olması hər iki ölkə və xalq üçün faydalıdır: "Azərbaycanla Rusiya arasında ticarət-iqtisadi, mədəni-humanitar və digər sahələrdə əməkdaşlıq inkişaf edir. Münasibətlərin hüquq-müqavilə bazası yaradılıb. Dövlət başçıları arasında yaxşı şəxsi münasibətlərin olması da qeyd edilməlidir”.

Deputat vurğulayıb ki, bu səfər Azərbaycan-Rusiya münasibətlərini pozmağa çalışan dairələrə, xüsusən Rusiyanın dövlət və hökumət qurumlarında, KİV-lərində özünə yuva qurmuş erməni lobbisi və diaspor nümayəndələrinə də cavabdır: “Hesab edirəm ki, Rusiya dövlət adamları və ictimai xadimləri nəhayət, ermənilərin onlara hansı ziyanlar vurduğunu anlamalıdırlar. Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Rusiyanın fəallığının bu görüşdən sonra artacağını da ümid etmək olar".

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 13 yanvar

Astroloji proqnoz - 13 yanvar

13 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 20 dekabr

Astroloji proqnoz - 20 dekabr

20 Dekabr 2017 00:13
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 21 dekabr

Astroloji proqnoz - 21 dekabr

21 Dekabr 2017 00:08