Ərdoğandan Türkiyənin “S-400”-dən qorxan ABŞ-a SƏRT CAVAB
Dünya
25 İyul 2017 9:43

Ərdoğandan Türkiyənin “S-400”-dən qorxan ABŞ-a SƏRT CAVAB


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın baş qəraragah rəisi Josef Dunfordun Türkiyənin yeni silah alması ilə bağlı reaksiyasına cavab verib.

Publika.az xəbər verir ki, Jozef Dunford Türkiyənin “S-400” raket komplesi almasının bölgə üçün təhlükə və narahatlıq doğurduğunu bəyan etmişdi.

Ərdoğan isə baş qərargah rəisinin reaksiyasına belə cavab verib: “Türkiyənin raket kompleksi alması nəyi narahatlıq doğurur? Hər ölkə daxili təhlükəsizliyini qorumaq üçün müəyyən tədbirlər görmək məcburiyyətindədir.

Biz Amerika ilə çox sayda görüşlər keçirdik. Həmin ölkə ilə bizə lazım olan təhlükəsizlik planlarını təmin edə bilmədiyimiz üçün “S-400” kompleksi almağa qərar verdik. Bunun narahatlıq doğuran heç bir tərəfi yoxdur. Fərqli silahlardan istifadə olunduğu zaman hiss edilməyən narahatlıq “S-400” aldığımız zaman ortaya çıxır. Bu, çox qəribə səslənir”.

Zümrüd

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13