Dəniz Yılmazın transfer qiyməti açıqlandı
İdman
25 İyul 2017 10:04

Dəniz Yılmazın transfer qiyməti açıqlandı


Azərbaycan millisinin hücumçusu Dəniz Yılmaz klubu "Bursaspor"dan ayrıla bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Superliqanın debütantı "Malatyaspor" 29 yaşlı forvardın xidmətində maraqlıdır.

Belə ki, hücumçu axtarışına çıxan Malatya təmsilçisi "Bursaspor"un iki ön xətt oyunçusu Dəniz Yılmaz və Tomaş Netsidə "elçi düşüb". Baş məşqçi Ərtuğrul Sağlam rəhbərliklə görüşdə bu iki oyunçunun alınmasını tələb edib. Dərhal hərəkətə gələn "Malatyaspor" qarşı tərəflə danışıqlara başlayıb.

"Bursaspor" yığmamızın hücumçusunu əfv etməsinə baxmayaraq, onun satılmasının əleyhinə deyil. Belə ki, "ağ-yaşıllar" həm Yılmaz, həm də Netsidin transfer qiymətinin 500 min avro olduğunu açıqlayıb. Lakin "Malatyaspor" tərəfi məbləğdə endirim edilməsinə çalışır.

Qeyd edək ki, "Malatyaspor" bu yay İssiar Dia, Fabyen Farnolle, Ali Dərə, Xalid Butaib, İssam Çebake, Naser Barazite, Yalçın AyhanEmmanuel Deninqi heyətinə cəlb edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13