Türk prezident ABŞ-ı İTTİHAM ETDİ
Dünya
25 İyul 2017 10:08

Türk prezident ABŞ-ı İTTİHAM ETDİ


Qırğızıstan Prezidenti Almazbek Atambayev paytaxt Bişkekdəki “Manas” hava limanına ABŞ hərbi bazasının yerləşdirilməsi səbəbilə qonşu ölkələrdən raket hücumu təhdidi aldığını deyib.

Publika.az xəbər verir ki, prezident 2011-2014-cü illərdə paytaxta ABŞ yerləşdirilən hərbi bazaları haqqında sərt çıxışlar edib.

Rusiya və Çin kimi böyük dövlətlərin sakit və sülhpərəst ölkə olan Qırğızıstana ehtiyacı olduğunu deyən prezident nəhəng dövlətlərin fərqli niyyətdə olduğunu etiraf edib:

“Qırğızıstan hökumətini demokratlar partiyası idarə etdiyi dövrdə ABŞ Xarici İşlər Nazirliyinin yürütdüyü siyasəti qəti şəkildə qəbul etmirəm. Bəzi ölkələr 2014-cü ildə lazım gələrsə, ABŞ təyyarələrini raketlə vuracaqlarını və bundan vətəndaşlarımızın zərər görəcəyini açıq şəkildə bəyan etmişdi” deyən Atambayev ABŞ-ı bölgədəki ölkələrin daxili məsələlərinə qarışmaqda ittiham edib.

O, Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun su problemi səbəbilə Orta Asiyada savaş çıxaracağı dövləri xatırlayıb:

“İslam Kərimovun həmin açıqlamasından dərhal sonra Amerika Özbəkistana hər birinin dəyəri 1 milyon dollar olan 328 zirehli maşın satdı. Amerikalılar bu hərəkətlərilə iki qardaş ölkəni qarşı-qarşıya qoymaq məqsədlərini ortaya qoydular”.

Zümrüd

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Avqustun 21-nə olan

Avqustun 21-nə olan

21 Avqust 2017 00:22