Şimali Koreya yaxın 6 gündə yenə raket buraxacaq
Dünya
25 İyul 2017 10:44

Şimali Koreya yaxın 6 gündə yenə raket buraxacaq


Şimali Koreyanın 6 gün ərzində yenidən raket buraxacağı barədə məlumat yayılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "CNN" telekanalı ABŞ Müdafiə Nazirliyinin nümayəndəsinə istinadən xəbər yayıb.

Pentaqon nümayəndəsinin sözlərinə görə, Kuson şəhərinə xüsusi avadanlıqların daşındığı məlum olub ki, bu avadanlıq məhz raket buraxılması zamanı istifadə olunub.

ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi qeyd edib ki, adətən belə daşınmalar olan zaman 6 gün ərzində raket buraxılması həyata keçirilir.

Bu hadisənin də məhz ölkədə Koreya müharibəsinin bitməsi şərəfinə təsadüf etməsi ehtimal edilir.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13