Oğuzda həmyerlisini güllələyən şəxs saxlanılıb
Ölkə
25 İyul 2017 11:21

Oğuzda həmyerlisini güllələyən şəxs saxlanılıb


Oğuz. 25 iyul. REPORT.AZ/ Oğuz rayonunda öz həmyerlisini tüfənglə vuraraq öldürmək istəyən şəxs saxlanılıb.
"Report"un məlumatına görə, iyulun 24-də Oğuz rayon Yaqublu kəndində Laçın rayonundan məcburi köçkün 1973-cü il təvəllüdlü Laçın Yaqub oğlu İsayev silahlı insident nəticəsində ağır güllə yarası alıb. Yaralı yaxınları tərəfindən xəstəxanaya aparılıb, qolundan və döş qəfəsindən güllə yarası alan L.İsayev həkimlər tərəfindən əməliyyat edilib və reanimasiya şöbəsinə yerləşdirilib. 
Oğuz rayon hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində hadisəni törədən şəxsin Laçın rayon Corman kənd sakini, 1985-ci il təvəllüdlü Ramin Saday oğlu Namazov tərəfindən törədildiyi məlum olub və o, saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 29, 120 (öldürməyə cəhd) maadəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08