"Azərbaycan xalqının səbri tükənməkdədir"
Ölkə
25 İyul 2017 11:22

"Azərbaycan xalqının səbri tükənməkdədir"


“ATƏT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini öz üzərinə götürsə də, hələ də haqq-ədalətin bərpası üçün real addım atmır. ATƏT-də hazırkı situasiyanın həlli üçün dəqiq mexanizm yoxdur”.

Bunu səfir Azər Xudiyev bu ölkənin tanınmış “QORDON” nəşrinə müsahibəsində deyib.

Səfir bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli çox uzanır:

“Azərbaycan xalqının səbri isə tükənməkdədir. Azərbaycan münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli hüququnu özündə saxlayır.

A.Xudiyev vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin ən faciəvi səhifəsi Xocalı soyqırımıdır:

“600-dən çox insanın, o cümlədən qadın və uşaqların qətlə yetirildiyi Xocalı soyqırımının 25 ili tamam oldu. Qarabağda separatçılıq hərəkatının liderlərindən olmuş Ermənistan prezidenti Serj Sarkisyanın əli dinc azərbaycanlıların qanına batıb. Səfir buna sübut olaraq Sarkisyanın ingilis jurnalisti Tomas de Vala müsahibəsində dediklərini xatırladıb: “Xocalıya qədər Azərbaycan tərəfi elə bilirdi ki, bizimlə zarafat eləmək olar. Onlar elə düşünürdülər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıracaq insanlar deyil. Biz bu anlayışa (stereotipə) son qoyduq”. Belə bir şəxsdən konstruktiv mövqe gözləmək olarmı?”

Azərbaycanın torpaqlarının hələ də Ermənistanın işğalı altında olduğunu vurğulayan səfir bildirib ki, Ermənistan tərəfi cəbhə xəttində mütəmadi təxribatlar törədir, hər gün Azərbaycan Ordusunun mövqelərini, yaşayış məntəqələrini və mülki şəxsləri müxtəlif silahlardan atəşə tutur:

“Bu yaxınlarda erməni silahlı birləşmələrinin Füzulinin Alxanlı kəndi istiqamətində açdığı atəş nəticəsində iki yaşlı Zəhra və onun nənəsi həlak olub. Heç kim zamin dura bilməz ki, bu faciə təkrarlanmayacaq. Çünki Ermənistan BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə dair 4 qətnaməsini yerinə yetirmək istəmir və təxribatçı əməllərini davam etdirir”.

Səfir müsahibəsində, həmçinin ötən ilin aprel hadisələrindən, Azərbaycanın güclənən ordusundan, Azərbaycan və Ukrayna arasında ikitərəfli əlaqələrdən, mövcud problemlərin aradan qaldırılmasının vacibliyindən də danışıb. //Trend

Fələstindən ŞOK QƏRAR: İsraillə bütün əlaqələr donduruldu - Oxumaq üçün tıkla



loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13