İtkin düşən 6 tələbədən hələ də xəbər yoxdur
Dünya
25 İyul 2017 11:28

İtkin düşən 6 tələbədən hələ də xəbər yoxdur


Qazaxıstanın Abılay Xan Universitetinin 6 tələbəsi Misirdə itkin düşüb.

Publika.az bildirir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anuar Jaynakov məlumat verib.

O qeyd edib ki, 2 tələbə iyulun 11-də dil kurslarında təhsil almaq üçün Qahirəyə gedib. Onlar tədris alacaqları məktəbin daha 4 tələbəsi ilə bir mənzildə yaşayırdılar.

İyulun 20-dən bugünə qədər 6 tələbənin heç birindən xəbər yoxdur. Qazaxıstan hökuməti o andan axtarışlara başlayıblar.

"Biz vətəndaşlarımızın yerinin müəyyənləşdirilməsi istiqamətində kömək göstərmələri xahişi ilə Misirin Xarici İşlər Nazirliyinə nota göndərmişik və onlardan cavab gözləyirik", - deyə Anuar Jaynakov mətbuata bildirib.

Zaur H.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08