Bel ağrılarının səbəbi bəlli oldu - VİDEO
Sağlamlıq
25 İyul 2017 11:33

Bel ağrılarının səbəbi bəlli oldu - VİDEO


İnsanlara daha çox Bexterev xəstəliyi kimi məlum olan ankilozlaşdırıcı spondilit onurğanın xronik iltihabi xəstəliyidir. Bu xəstəlik zamanı əsasən oma-qalça, fəqərəarası və fəqərə çıxıntıları oynaqları zədələnir. Bəzi xəstələrdə ətrafların oynaqları və daxili orqanlar da prosesə cəlb olunur. Bu vəziyyət Bexterev xəstəliyi üçün xarakter olan "dilənçi pozası" adlanır.

Axar.az xəbər verir ki, xəstəliyin yaranmasını çox zaman immun sistemdəki genetik dəyişiklərlə əlaqələndirirlər.

Yeni genetik təsnifata görə spondiloartrit (Bexterev xəstəliyi) autoinflammator genetik xəstəliklər qrupuna aiddir. Əsas simptom onurğanın zədələnməsidir. Xəstəlik tədricən başlayır və adətən özünü gecələr daha da güclənən bel ağrısı ilə büruzə verir. Bir müddətdən sonra onurğada hərəkət məhdudluğu yaranır. Tədricən onurğada olan fizioloji əyriliklər hamarlaşır və onurğanın döş şöbəsində patoloji əyrilik yaranır. Bu əyrilik yarandıqdan sonra artıq xəstəyə hətta məsafədən də diqanoz qoymaq olar.

Bexterev xəstəliyinin diaqnostikasında əsas rolu onurğanın rentgenoqrafiyası tutur. Diaqnostikada aşağıdakılar mühüm yer tutur:

1. 3 aydan artıq davam edən və sakitlik vəziyyətində azalmayan bel ağrıları

2. döş qəfəsində ağrı və sıxılma hissi

3. döş qəfəsində tənəffüs hərəkətlərinin məhdudlaşması

4. onurğanın bel şöbəsində hərəkət məhdudluğu

5. gözlərdə dəyişikliklər

6. tipik rentgenoloji dəyişiklklər (ikitərəfli sakroileit) İlk 5 amildən 4-ü varsa Bexterev xəstəliyi diaqnozu təsdiqlənir.

Qeyd edə ki, bu xəstəlik kişilərdə qadınlara nisbətən daha çox rast gəlinir. Xəstəlik mürəkkəb və ağırgedişli olduğundan müalicədə biotənzimləyici preparatlar və metodlar effektiv və uğurla istifadə edilir. Biotənzimləyici terapiyanın istifadəsi həm müalicədə daha yaxşı nəticə almağa, həm də bütövlükdə orqanizmin bərpasına xidmət edir.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13