"Zaman və məkan" adlı qısametrajlı sənədli filmlərin ssenari müsabiqəsi elan edilib
Digər
25 İyul 2017 12:04

"Zaman və məkan" adlı qısametrajlı sənədli filmlərin ssenari müsabiqəsi elan edilib


Azərbaycan Kinematoqrafçılar İttifaqı "Zaman və məkan" adlı qısametrajlı sənədli filmlər üçün ssenari müsabiqəsi elan edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, müsabiqə kinematoqrafiya sahəsində gənclərin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, gənc və istedadlı müəllifləri aşkara çıxarmaq, həmçinin milli kinomuza yeni fikir, yeni nəfəs gətirmək məqsədi ilə keçirilir. Müsabiqə həm də digər sahələrdə çalışan gənclərə, kinoda özlərini sınamaq imkanı yaratmaq və bununla da mövcud rəqabəti gücləndirmək üçün nəzərdə tutulmuşdur.

Müsabiqənin şərtləri:

Müsabiqəyə sənədli filmlər üçün ssenarilər qəbul olunur.
Yaşı 35-ə qədər olan bütün şəxslər müsabiqəyə ssenari təqdim edə bilər.
Müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, satılmamalı və çəkiliş dövründə olmamalıdır.

Ssenari orijinal və ekranlaşdırılmamış olmamalıdır. Buna görə müəllif birbaşa məsuliyyət daşıyır.
Ssenarilər müsabiqəyə 20 səhifədən çox olmamaq şərti ilə üç nüsxədə, çap olunmuş və CD diskdə rəqəmsal daşıyıcıda təqdim olunmalıdır.
Şrift Courier New, ölçü 12 tələb olunur.

Çap olunmuş ssenarilərdə müəllifin ad və soyadı qeyd olunmamalıdır.
Müəllif ssenari ilə birgə tərcümeyi-halını da təqdim etməlidir.
Hər bir müəllif 3 (üç) ssenaridən artıq təqdim edə bilməz.
Müsabiqəyə təqdim olunan ssenarilər geri qaytarılmır.
Ssenarilər 31 oktyabr 2017-ci il tarixinə qədər Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına göndərilməlidir.

Ünvan: Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı,

Bakı şəh. Səməd Vurğun küç. 43 (World Business Center, 16-cı mərtəbə)

Qaydalar:

Müsabiqənin peşakar münsiflər heyətini Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı təyin edir.

Münsiflər heyəti məxfi seçim nəticəsində üç ssenarini qiymətləndirəcək.

Qalib ssenarilər pul mükafatı və diplomla təltif olunacaq:

I yer 1500 manat
II yer 1000 manat
III yer 500 manat

Müsabiqənin nəticələri 2017-ci ilin noyabr ayında açıqlanacaq.

Əlaqə üçün: tel:(+99412597-48-04), fax:(+99412597-48-03), mob:(+99451427-41-03), arki.2012@mail.ru

İnformasiya dəstəyi - AZƏRTAC, Trend news agency, Day.Az, Kaspi qəzeti, Səs qəzeti, Mədəniyyət qəzeti

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 avqust

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13