Qazaxıstanın 6 tələbəsi Misirdə itkin düşüb
Dünya
25 İyul 2017 12:16

Qazaxıstanın 6 tələbəsi Misirdə itkin düşüb


Bakı. 25 iyul. REPORT.AZ/ Qazaxıstanın 22-24 yaşlı altı vətəndaşı dil kurslarında təhsil almaq üçün Misirə gedib və yoxa çıxıb. 
"Report"un "Sputnik-Qazaxıstan"a istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anuar Jaynakov məlumat verib.
Belə ki, Abılay xan adına Universitetin iki magistrantı iyulun 11-də iki aylıq dil kurslarını keçmək üçün Qahirəyə gəlib. 
"İyulun 20-də onlarla əlaqə kəsilib. 1993-1995-cu il təvəllüdlü cavanların altısı da itkin düşüb", - A.Jaynakov bildirib.
Onun sözlərinə görə, qazaxıstanlı diplomatlar gənclərin axtarışına başlayıblar. Qazaxıstan səfirliyi Misir Xarici İşlər Nazirliyinə onların yerlərinin təyin edilməsində yardım göstərilməsi xahişi ilə nota göndərib.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 avqust

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13