Prokuror 12 min manatlıq dələduzluq edən şəxslərə iş istəyib
Ölkə
25 İyul 2017 12:21

Prokuror 12 min manatlıq dələduzluq edən şəxslərə iş istəyib


Bakı. 25 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rövşən Quliyev və Akif Nağıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında A.Nağıyevin 8 il və R.Quliyevin isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin növbəti iclası avqustun 1-nə təyin edilib.
Qeyd edək ki, hər iki şəxs vətəndaşın 12 min manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinib.
A.Nağıyev və R.Quliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli niqdarda törəldildikdə) maddəsi ilə ittiham olunublar.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13