Eks prezidentin mətbuat katibinin məhkəməsi davam edir
Digər
25 İyul 2017 12:22

Eks prezidentin mətbuat katibinin məhkəməsi davam edir


 

Sabiq prezident Ayaz Mütəllibovun mətbuat katibi olan Teylor İbrahimovun (Fətişoğlu) məhkəməsi başlayıb.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər dindirilib.

Rafiq Hətəmov deyib ki, Su İdarəsinə rəis vəzifəsinə düzəlmək adı ilə T. İbrahimova 48 min manat məbləğində pul verib. Zərərçəkmiş şəxs T.İbrahimovun onu aldatması ilə bağlı Ağdam Rayon İcra Hakimiyyətinin sabiq başçısı Raqub Məmmədovun qəbulunda olduğunu deyib.

Qeyd edək ki, T.İbrahimov sabiq prezident Ayaz Mütəllibovun mətbuat katibi olub və 2000-ci ildən Moskvada mühacirətdə yaşayırmış.

T.İbrahimov Bakıda Ağdam Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub və Xətai RPŞ-ə təhvil verilib.

Teylor Fətişoğlu iri məbləğdə dələduzluqda ittiham olunur. T. İbrahimov zərərçəkmiş Cəfər Həşimovu Ağdamda yerləşən məktəblərdən birinə direktor təyin edəcəyini deyərək, onun 15 500 manatını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir.

Digər zərərçəkmiş Zaur Məmmədova isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) işə düzəldəcəyini deyərək, onun 13 min manat pulunu ələ keçirib.

O, 20-dən çox zərərçəkmişə qarşı ümumilikdə 100 min manatdan çox ziyan vurmaqda günahlandırılır.

Teylor İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (dələduzluq, külli miqdarda törədildikdə) ilə təqsirli bilinir.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 24 yanvar

Astroloji proqnoz - 24 yanvar

24 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 27 dekabr

Astroloji proqnoz - 27 dekabr

27 Dekabr 2017 00:08