Sabahın HAVAsı
Ölkə
25 İyul 2017 12:24

Sabahın HAVAsı


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir.

Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 21-24° isti, gündüz 30-34° isti, Bakıda gecə 22-24° isti, gündüz 32-34° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85%, gündüz 45-55% olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 24-29° isti olacağı gözlənilir.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 16 avqust

Astroloji proqnoz - 16 avqust

16 Avqust 2017 00:13
Astroloji proqnoz - 17 avqust

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08
Adriana Limadan şok etiraf

Adriana Limadan şok etiraf

10 Avqust 2017 15:02
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13