Azərbaycanda 25 dövlət əmlakı özəlləşdirilib
İqtisadiyyat
25 İyul 2017 12:26

Azərbaycanda 25 dövlət əmlakı özəlləşdirilib


Bakı. 25 iyul. REPORT.AZ/ Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlər əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçirib.
Komitədən “Report”a verilən məlumata görə, hərracda 7 kiçik dövlət müəssisəsi, 11 istifadəsiz qeyri-yaşayış sahəsi və 7 nəqliyyat vasitəsi olmaqla ümumilikdə 25 dövlət əmlakı özəlləşdirilib. Bunlar ticarət, təsərrüfat, təchizat sahələrinə dair əmlaklardır.
Kiçik dövlət müəssisələrindən 2-si Bakının Sabunçu və Nizami rayonlarında, 5-i isə Gəncə və Mingəçevir şəhərlərində, Xaçmaz, Cəlilabad, Neftçala rayonlarında yerləşir. Bunların arasında ən yüksək qiymətə özəlləşdirilən əmlak paytaxtın Nizami rayonundakı “Samirə” kiçik dövlət müəssisəsi olub. Həmin əmlakın ümumi faydalı sahəsi 920 kv.m, torpaq sahəsi isə 968 kv.m təşkil edir.
Hərracda xidmət sahəsində əlverişli olan Bakının Sabunçu rayonundakı 1 saylı təsərrüfat malları mağazası da özəlləşdirilib. Həmin əmlakın ümumi faydalı sahəsi 179,1 kv.m-dir.
Regionlarda özəlləşdirilən kiçik dövlət müəssisələrinə missal olaraq isə Gəncədəki 105 saylı mağazanı, Mingəçevirdəki “Arzu” çayxanasını, Xaçmazdakı 12 saylı mağazanı, Neftçaladakı ticarət obyektini göstərmək olar.
Qeyd edək ki, hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Belə obyektlərdən biri Cəlilabaddakı təchizat sahəsidir. Həmin əmlakın ümumi faydalı sahəsi 285 kv.m, torpaq sahəsi isə 18 min 409 kv.m təşkil edir.
Hərracda “əl dəyişdirmiş” istifadəsiz qeyri-yaşayış sahələrindən isə 9-u paytaxtın Binəqədi, Yasamal, Nizami, Xətai və Nərimanov rayonlarında, 2-si isə Sumqayıtda yerləşir..
Özəlləşdirilən istifadəsiz qeyri-yaşayış sahələrindən ən yüksək satış qiyməti Bakıının Xətai rayonunda yerləşən əmlakda qeydə alınıb. Həmin əmlakın ümumi sahəsi 125 kv.m təşkil edib.
Hərracda daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri Sumqayıtdakı sahəsi 23,5 kv.m olan qeyri-yaşayış sahəsidir.
Hərracda müxtəlif markalı nəqliyyat vasitələri də özəlləşdirilib. Məsələn, “Kia Sportage” markalı avtomobilin ilkin satış qiyməti 4 min manat olsa da, ona yekunda 7 min manat təklif olunub.
Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək lazımdır.
#www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r
Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac avqustun 1-də tarixində keçiriləcək.



loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Astroloji proqnoz - 19 avqust

Astroloji proqnoz - 19 avqust

19 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13