“ASAN Kommunal” sifarişli əsaslarla səyyar formada xidmətlər göstərəcək
Ölkə
25 İyul 2017 12:56

“ASAN Kommunal” sifarişli əsaslarla səyyar formada xidmətlər göstərəcək


Bakı. 25 iyul. REPORT.AZ/ Vətəndaşlar “ASAN Kommunal” mərkəzlərində “Azəriqaz" İB, "Azərişıq" ASC, “Azərsu” ASC tərəfindən göstərilən xidmətlərdən evlərində və ya iş yerlərində sifarişli əsaslarla səyyar formada yararlana biləcəklər. 
Bu barədə “Report”a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.
Xidmətlərin sifarişi isə 9-108 nömrəli Çağrı mərkəzi vasitəsi ilə mümkündür.
Səyyar xidmətlər dedikdə qanunla müəyyən edilmiş qaydada əlavə ödəniş aparılmaqla şəxsin iş və ya yaşayış yerini, habelə olduğu yeri tərk etmədən xidmətlərdən yararlanması nəzərdə tutulur. Yəni, xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədlər və xidmətin nəticəsi olaraq şəxsə verilməli olan sənədlər onun yaşayış və ya iş yerində, habelə olduğu yerdə təhvil götürülə və təhvil verilə bilər.
Qeyd edək ki, sosial həmrəyliyin təmin edilməsi məqsədi ilə səyyar xidmətlər kənardan qulluğa və yardıma ehtiyacı olan 1-ci qrup əlillər (tibbi-sosial ekspertiza komissiyasının arayışında göstərilməklə) və sağlamlıq imkanları məhdud uşaqlar (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 Aprel 2009-cü il tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına” əsasən) üçün əlavə səyyar xidmət haqqı ödənilmədən həyata keçirilir.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13